Sensasion iddia: Müharibə elə bu gecə başlaya bilər
Bizi izləyin

Dünya

Sensasion iddia: Müharibə elə bu gecə başlaya bilər

Sensasion iddia: Müharibə elə bu gecə başlaya bilər

ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) İrana zərbə endirmək üçün plan hazırlayıb və bu plan çərşənbə günü həyata keçirilə bilər.

Publika.az xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb.

Onların fikrincə, belə bir zərbə çərşənbə axşamı keçirilən ABŞ Konqresinə ara seçkilərin başa çatmasından sonra vurula bilər.

Mənbələr qeyd edir ki, ABŞ prezidenti Donald Trampın administrasiyasındakı bəzi yüksək vəzifəli şəxslər hazırda onu Hörmüz boğazını blokadaya almağa çağırır və iqtisadi təzyiqin rejimin çökməsinə səbəb olacağını iddia edirlər.

Lakin digərləri yalnız hərbi əməliyyatların rejimi zəiflədə biləcəyində israr edirlər.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm