ABŞ-da prezidentlik yarışı indidən qızışır: Kennedidən gözlənilməz qərar
Bizi izləyin

ABŞ

ABŞ-da prezidentlik yarışı indidən qızışır: Kennedidən gözlənilməz qərar

ABŞ-da prezidentlik yarışı indidən qızışır: Kennedidən gözlənilməz qərar

Respublikaçı senator Con Kennedi ABŞ-da 2028-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürə biləcəyini istisna etməyib.

Publika.az Mk.ru-ya istinadən xəbər verir ki, Kennedi hələlik yenidən senator seçilməyi planlaşdırdığını və artıq təxminən 30 milyon dollar vəsait topladığını bildirib. Bununla belə, siyasətçi prezidentlik uğrunda mübarizəyə qoşula biləcəyini də qeyd edib.

Onun bu açıqlaması Trampın reytinqinin aşağı düşdüyü və Respublikaçılar Partiyasında prezidentin ətrafındakı şəxslərdən hansının – vitse-prezident Cey Di Vens, yoxsa nüfuzu getdikcə artan dövlət katibi Marko Rubionun – iki ildən sonra Ağ Ev uğrunda mübarizə apara biləcəyi ilə bağlı müzakirələrin getdiyi bir vaxta təsadüf edib.

“Hazırda yenidən seçkilərdə iştirak etməyi planlaşdırıram. Özüm üçün müəyyən qədər vəsait toplamışam. Təxminən 30 milyon dollar yığmışam. Buna bir qədər də əlavə edəcəyəm. Yenidən seçilmək niyyətindəyəm”, – deyə Kennedi bildirib.

Qeyd edək ki, 2028-ci il prezident seçkiləri son on ildən artıq müddətdə ABŞ prezidenti Donald Trampın namizəd olmayacağı ilk seçki olacaq. Buna səbəb konstitusion məhdudiyyətlərdir. Respublikaçılar Partiyasının bəzi üzvləri arasında bu il Ağ Evə mümkün namizədlər kimi vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubionun adları çəkilirdi.

Lakin amerikalılar Trampdan narazı qalmağa davam etsələr, onun yaxın ətrafında yer alan şəxslər iki ildən sonra əvvəlcə Respublikaçılar Partiyasından namizədlik, daha sonra isə Ağ Ev uğrunda mübarizədə ciddi çətinliklərlə üzləşə bilərlər.

Sorğuların orta göstəricisinə əsasən, Trampın fəaliyyətini bəyənənlərin səviyyəsi 37,3 faiz, bəyənməyənlərin göstəricisi isə 60,4 faiz təşkil edib. Respublikaçılar Partiyasında prezidentliyə mümkün namizədlərlə bağlı müzakirələrdə Marko Rubionun mövqeyi güclənir, Cey Di Vensin namizədliyinə maraq isə azalır.

Hazırda aralıq seçkilərdə demokratların əldə etdiyi mühüm uğurlar fonunda respublikaçılar dövlət katibinin 2028-ci il prezident seçkilərində mümkün namizədliyini daha fəal müzakirə edirlər.

Qeyd edək ki, demokratların qələbələri Trampa qarşı etimadsızlığın göstəricisi kimi qiymətləndirilib və respublikaçıları onun yaxın ətrafından kimin iki ildən sonra Demokratlar Partiyasının namizədinə qarşı Ağ Ev uğrunda mübarizə apara biləcəyi barədə düşünməyə vadar edib.

Müəllif: Valeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm