İŞİD də “Viagra” “xəstəliyi”nə tutuldu – ŞOK İDDİA
Bizi izləyin

Dünya

İŞİD də “Viagra” “xəstəliyi”nə tutuldu – ŞOK İDDİA

“İslam Dövləti” (İŞİD) terror təşkilatının Suriyadakı üzvləri cinsi güclərini artırmaq üçün “Viagra” həblərindən istifadə edir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Suriya jurnalistlərinin təmsil olunduğu “Raqqa Is Being Slaughtered Silently” (“Rakka səssizcə qətl edilir”) adlı təşkilatın hesabatında deyilir.

Hesabatda deyilir ki, terror təşkilatının silahlıları həyat yoldaşları və qaçırdıqları qadınlara seksual alt paltarları geydirərək onları anormal fantaziyalara məcbur edir. Qeyd edilir ki, terror təşkilatının paytaxtı hesab edilən Rakkadakı azğın İŞİD silahlılarının vəhşi və anormal cinsi fəaliyyətləri onların “dinə bağlılıq”dan əslində nə qədər uzaqda olduğunu göstərir.

Məlumata görə, cinsi məharətlərini ən üst səviyyədə saxlamaq istəyən İŞİD silahlıları maaşlarının böyük bir hissəsini “Viagra” həblərinə xərcləyir və qısamüddətli olmaqla birdən çox qadınla evlənir. Bəziləri 9 yaşında olan qızlar da daxil olmaqla bir çox qadın İŞİD üzvlərinə satılır və seks köləsi olaraq istifadə edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm