Dünya
O prezidentin keçmiş kürəkəni özünü asdı
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin keçmiş kürəkəni Rahat Əliyev Avstriya həbsxanasında ölü tapılıb.
Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Avstriya məhkəməsinin nümayəndəsi ilkin versiyanın intihar olduğunu bildirib.
Avstriyanın “Kurier” nəşrinin məlumatına görə, Əliyev kamerada asılmış halda tapılıb. Onun vəkili isə intihar versiyasından şübhələnir. O bildirib ki, Əliyev bu günlərdə birnəfərlik kameradan üçnəfərlik kameraya köçürülüb.
Avstriya məhkəməsi Rahat Əliyevə 2007-ci ildə Avstriyada iki bankirin qətlə yetirilməsi ilə bağlı ittiham irəli sürüb. Bankirlər 2007-ci ildə itiblər, dörd il sonra onların cəsədləri aşkar edilib.
Qazaxıstanda da Əliyev barəsində analoji iş üzrə cinayət işi qaldırılıb. Qazaxıstan məhkəməsi 2008-ci ildə onun 20 il azadlıqdan məhrum edilməsi barədə qiyabi hökm çıxarıb. Astana Əliyevin ekstradisiyası ilə bağlı Avstriya hökumətinə iki dəfə sorğu göndərsə də, Vyanadan rədd cavabı alıb. Avstriya hesab edir ki, vətənində Əliyev barəsində ədalətli məhkəmə təhqiqatı aparılmayacaq.
Qeyd edək ki, Rahat Əliyev 2008-ci ilə qədər Nazarbayevin böyük qızı ilə evli olub. O, güc strukturlarının rəhbərliyində və prezidentin mühafizə xidmətində işləyirdi. Keçmiş kürəkən Qazaxıstanın Avstriyadakı səfiri vəzifəsini də tutub.
Ömər Dağlı
-
Rəsmi xronika13:06Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika12:01Prezident müşavirə keçirdi - FOTOLAR
-
Sosial11:48İyun ayında 10 gün iş olmayacaq
-
Region11:12Rubio İrəvana gəlir: Ruslara akkreditasiya verilmədi
-
Hadisə10:33Bulvarda qadına qarşı əxlaqsızlıq edən tutuldu - VİDEO
-
Sosial09:42QMİ Qurban bayramı ilə bağlı fətva verdi
-
Maraq dünyası09:12Mayın sonuna qədər sərvət qazanacaq - BÜRCLƏR
-
Sağlamlıq07:35Bu vitaminlə bağlı bildiyiniz hər şeyi unudun! - Yeni araşdırmanın nəticələri şok etdi






































