Dünya
İtən Malayziya təyyarəsinin sirri çözüldü? - VERSİYA
Gələn həftə Malayziya Hava Yollarına aid sərnişin təyyarəsinin itməsinin bir ili tamam olacaq. Təyyarə və içində olduğu 239 sərnişindən bu günə qədər heç bir məlumat yoxdur. Bu müddət ərzində təyyarə ilə bağlı müxtəlif iddialar səsləndirilib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, hadisənin ildönümünə 5 gün qalmış ingiltərəli pilot Simon Hardi təyyarənin itməsi ilə bağlı bir iddia irəli sürüb.
İngiltərəyə aid bir hava yolu şirkətində pilot olaraq çalışan Simon hesab edir ki, itən təyyarənin pilotu Zahari Əhməd Şah təyyarəni qəsdən qəzaya uğradıb. İngilis pilot radarlardan itən və indiyə kimi heç bir izinə rast gəlinməyən təyyarənin uçuşu barədə məlumatları 6 ay ərzində özünün hazırladığı riyazi üsulla araşdırıb.
İtən təyyarənin tapılmamasına gəlincə, ingilis pilot hesab edir ki, təyyarə səhv yerlərdə axtarılır. Simonun fikrincə, pilot Zahari Əhməd Şah doğulub böyüdüyü Penang adası üzərindən uçarkən təyyarəni qəzaya uğradıb. O, təyyarənin okeana düşdüyünü bildirib.
Pilot Simon fikrini əsaslandırmaq üçün Zahari Əhməd Şahın iş həyatına da diqqət yetirir. 33 ilin pilotu olan Zahari Əhməd Şah 18 min 365 saat uçuş edib. İngilis pilot bu qədər təcrübəli bir pilotun səhv etmə şansının olmadını dilə gətirib.
İngilis pilotunun bu nəzəriyyəsini dəstəkləyənlər arasında uçuş təhlükəsizliyi üzrə İngiltərənin ən tanınmış mütəxəssislərindən olan David Learmont da var. O, təyyarənin axtarışlarını davam etdirən avstraliyalı mütəxəssislərin nəzəriyyəni “ağıllı” hesab edərək Simon ilə əlaqə saxladığını söyləyib.
Ömər Dağlı
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq