Separatçıların keçmiş “naziri” yardım kampaniyasına start verdi
Bizi izləyin

Dünya

Separatçıların keçmiş “naziri” yardım kampaniyasına start verdi

“Donetsk Xalq Respublikası” (“DXR”) separatçı qurumun “keçmiş müdafiə naziri” İqor Strelkov yaz-yay hərbi kampaniyasının aparılması üçün separatçılara yardım elan edib.

Publika.az “lenta.ru” saytına istinadən xəbər verir ki, bu barədə “keçmiş müdafiə naziri”nin rəhbərlik etdiyi “Novorossiya” hərəkatının saytında dərc edilən müraciətində deyilir.

Separatçıların keçmiş komandirinin fikrincə, Minsk razılaşmaları barışığı yalnız qısamüddətli təmin edə bilər. O, hesab edir ki, hazırda münaqişə zonasının bəzi sahələrində davam edən döyüş əməliyyatlarının miqyası artacaq. Strelkov qeyd edir ki, Ukrayna tərəfi Donetsk və Luqansk “xalq respublikaları”na hücuma hazırlaşır. “Ukrayna qoşunlarının bütün konfiqurasiyası deməyə əsas verir ki, onlar özünü kifayət qədər güclü hesab edən kimi Donetsk və Luqanskı tutmaq üçün hücuma keçəcəklər”, - Strelkov iddia edir.

Onun sözlərinə görə, toplanılan yardım yeni hərbi formalar (10-15 min dəstin alınması planlaşdırılır), həmçinin hərbi təchizat, xüsusən güllə keçirməyən jiletlər üçün xərclənəcək.

Qeyd edək ki, Rusiya silahlı qüvvələrinin Baş qərargahı nəzdində Baş Kəşfiyyat İdarəsinin (QRU) zabiti olan Strelkov 2014-cü ilin yaz-yay hərbi kampaniyası dövründə Slavyanskda separatçılara rəhbərlik edib, həmçinin bir neçə ay ərzində “DXR”in “müdafiə naziri” postunu tutub. O, avqustda “istefa” verib. Amma sonradan Strelkov etiraf edib ki, bunu könüllü etməyib. Rus zabiti daha sonra “Novorossiya” hərəkatına başçılıq edib. Hərəkat separatçılara yardımların toplanması fəaliyyəti ilə məşğul olur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm