Dünya
Baş nazir polis rəislərini işdən qovdu
Tunis baş naziri beş polis komandirini vəzifədən azad
edib. Qərar ötən həftə 21 adamın qətli ilə nəticələnən terror
aktından sonraya təsadüf edir.
Həbib Essid turist təhlükəsizlik xidmətinin rəhbərini, kəşfiyyat
briqadasının rəisini, Tunis polis şefi və başqa iki nəfəri işdən
çıxarıb.
Rəsmilər deyirlər ki, muzeydə keşik çəkmək həvalə edilmiş
əməkdaşlar hücum zamanı yaxılıqdakı parlament binasında qəhvə
içirmişlər.
Tunis prezidenti Beji Kaid Essebsi deyib ki, ölkənin milli
muzeyində turistlərə qarşı həyata keçirilən terror hücumunda
şübhəli bilinən üçüncü silahlı hələ də axtarışdadır.
"İki nəfər öldürülsə də, bir nəfər hələ də axtarışdadır. Ancaq o,
uzağa qaça bilməyəcək", deyə prezident Essebsi Fransa televiziyasıa
müsahibəsində deyib.
Tunis prezidentinin bu bəyanatı 21 nəfərin həyatına son qoyan
hücumdan sonra ilk rəsmi açıqlamadır. Ölənlərdən 20-si əcnəbi
turist olub.
Tunis Daxili İşlər Nazirliyi iki silahlı şəxsin muzeydə gəzdiyini
göstərən təhlükəsizlik kamerası görüntülərini açıqlayıb. Video
göstərir ki, bir məqamda bel çantası ilə olan üçüncü şəxs ani
olaraq digərləri qarşılaşır və onlar əks istiqamətlərə
yönəlirlər.
Səhiyyə Nazirliyinin bildirdiyinə görə, ölənlər arasında 4 italyan,
3 yapon, 3 fransız, 2 ispan və 1 kolumbiyalı olduğunu bildirib.
Qurbanlar arasında Britaniya, Polşa və Belçika vətəndaşları da var.
Daha 3 adamın kimliyi müəyyən edilməyib.
-
Dünya14:58Türkiyə müharibəyə hazırlaşır: Orduya görün hansı tapşırıq verildi
-
İdman14:28Ulduz futbolçu kubokları bu gözəllə birlikdə qazanır - FOTOLAR
-
Magazin114:15Toya 700 qonaq çağırıb: Gəlininə nə hədiyyə edəcək?
-
İqtisadi gündəm13:16Qiymət artımını necə dayandırmaq olar? - Deputat açıqladı
-
Yaxın Şərq12:40Çindən İrana həlledici zəng: Bunu etməlisiniz!
-
Dünya11:52Qətliam törədən yeniyetmələri birləşdirən ŞOK DETAL - Hər ikisi...
-
Hadisə10:33Bu yolda qaya uçdu: Hərəkət dayandı
-
Hadisə09:45Azərbaycandan qaçan məktəb direktoru Türkiyədə tutuldu
































