Merkel Çiprası Afinaya əliboş yola saldı
Bizi izləyin

Dünya

Merkel Çiprası Afinaya əliboş yola saldı

Hitler Almaniyası dövründən qalan təzminat tələbi ilə Berlinə gedən Yunanıstanın baş naziri Aleksis Çipras istədiyinə nail olmayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Almaniya kansleri Angela Merkel yunan həmkarına “məsələ bağlanıb” deyib.

“Təzminat mövzusu bizim üçün həm qanuni, həm də siyasi olaraq bağlanıb”, - Merkel söyləyib.

Almaniya həmçinin Yunanıstanın müharibə təzminatı tələbi çərçivəsində mütəxəssislərdən ibarət bir qrupun yaradılması təklifini rədd edib. Afinanın hazırladığı 194 səhifəlik hesabata görə, Yunanıstan Mərkəzi Bankı İkinci Dünya Müharibəsi zamanı - 1941-ci ildə Hitler Almaniyasına 476 milyon marka (hazırki qiymətlərlə 11 milyard avro) kredit verib və Almaniya bu krediti geri qaytarmayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm