Dünya
Obama: “İranla anlaşma həyatda bir dəfə ələ düşən imkandır”
“İranla çərçivə anlaşması Tehranın nüvə silahı hazırlamasını əngəlləmək və Yaxın Şərqə təhlükəsizlik gətirmək üçün həyatda bir dəfə ələ düşən imkandır”.
Publika.az-ın məlumatına görə, bu barədə Obama “The New York Times” qəzetinə müsahibəsində deyib. Prezidentin sözlərinə görə, sərt iqtisadi sanksiyaların yumşaldılması əvəzində İranın nüvə proqramının məhdudlaşdırılmasını nəzərdə tutan sazişin potensial faydası risklərdən qat-qat çoxdur.
İsrailin narahtlığını şərh edən Obama deyib ki, rəsmi Tel-Əvivin İranın nüvə proqramından narahat olmaq hüququ var. Ancaq Vaşinqtonun İsraili müdafiə siyasəti dəyişməz qalır.
Qeyd edək ki, İranla dünyanın 6 fövqəldövləti aprelin 2-də İsveçrədə çərçivə sazişi əldə ediblər. Yekun saziş isə iyunun 30-dək tamamlanmalıdır.
-
Ekologiya07:17Bayram günü hava necə olacaq?
-
Magazin206:16“Mən heç cavan olmadım” - Elnarə Abdullayeva
-
Magazin104:14Azərbaycanda bir-birinə bənzəyən məşhurlar gündəm oldular - Foto
-
Magazin203:13Türk ulduz Ərdoğanı təhqir etməkdə şübhəli bilinir
-
Region02:42SEPAH-dan həyasız böhtan: Azərbaycanı hədələdi - Foto
-
Yaxın Şərq02:12Netanyahu İrana "çoxlu sürprizlər" vəd etdi
-
Qoroskop00:15Günün ulduz falı - Səthi sevinc sizi qane etməyəcək
-
Magazin17 Mart 23:00Könül Kərimovaya qarşı 245 minlik dələduzluq






.jpg)
























