Dünya
Papa 1915-ci il hadisələrini “soyqırım” adlandırdı
Katoliklərin ruhani lideri Papa Fransisk 1915-ci il hadisələri ilə bağlı Vatikanda ayın təşkil edib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Papa Fransisk ayində XX əsrin ilk “soyqırımı”nın ermənilərə qarşı həyata keçirildiyini söyləyib.
Tədbirə Ermənistan prezidenti Serj Sarkisyan, dünya ermənilərinin ruhani lideri və erməni apostolik kilsəsinin katolikosu II Karegin və Kilikiya katolikosu I Aram qatılıb.
Qeyd edək ki, 1915-ci il hadisələrinə “soyqırım” deyən ilk papa Fransisk deyil. 2001-ci ildə II İohan Pavel və II Karegin tərəfindən imzalanan bəyannamədə “İyirminci əsrin ilk soyqırımı” ifadəsi işlədilib. Papa Fransisk bugünkü çıxışında həmin bəyannaməyə istinad edib.
Fransiskdən əvvəl Papalıq kreslosunda oturan və ilk dövrlərdə istər Türkiyə, istərsə də islam dünyası ilə əlaqələri çox da yaxşı olmayan Papa Benedikt “soyqırım” ifadəsini işlətməmişdi.
Ömər Dağlı
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan