Dünya
Ukraynada milli birlik hökuməti yaradılacaq - YENİLƏNDİ
Ukrayna prezidenti Viktor Yanukoviç müxalifəti milli birlik hökumətini formalaşdırmağa çağırıb.
Publika.Az –ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, bu barədə prezidentin mətbuat xidməti bildirib.
Ukrayna prezidenti bəyanatında həmçinin növbədənkənar prezident seçkilərinin keçiriləcəyini, ölkənin 2004-cü il Konstitusiyasına qayıdacağını elan edib. Qeyd edək ki, bu Konstitusiya prezidentin səlahiyyətlərini azaldır. “Sabitliyi bərpa etmək və növbəti qurbanlardan qaçmaq üçün bunu elan edirəm”, - Ukrayna prezidenti qərarlarını şərh edib.
Ukrayna mediasının verdiyi məlumata görə, Avropa və Rusiya rəsmilərinin vasitəçiliyi ilə keçirilən danışıqlarda növbədənkənar prezident seçkisinin dekabr ayında keçirilməsi barədə razılıq əldə olunub.
Regionlar Partiyasından olan deputat Vladimir Oleynik növbədənkənar prezident seçkisinin keçirilməsini, eyni zamanda milli birlik hökumətinin yaradılmasını dəstəkləməyə hazır olduğunu bildirib.
Ömər Dağlı
14.27Fevralın 21-də Ukrayna parlamentinin spikeri Vladimir Rıbak antiterror əməliyyatlarının dayandırılması, hərbçilərin, polis və xüsusi xidmət orqanları əməkdaşlarının kazarmalara qaytarılması haqda qərarı imzalayıb. Qərar parlamentdə dünən gecə qəbul olunmuşdu.
“Media forum” saytı xəbər verir ki, Rıbak parlamentin bugünkü iclasında qərarı açıqladıqdan sonra qarşıdurmalarda həlak olanların bir dəqiqəlik sükutla anılmasını elan edib.
Trend-in cümə günü RİA Novosti-yə istinadən verdiyi məlumata görə, qətnamə eyni zamanda Ukrayna Silahlı Qüvvələrinin antiterror əməliyyatlarında iştirakını da qadağan edir.
Bundan başqa, qətnaməyə əsasən, Ukrayna Daxili İşlər Nazirliyi öz əməkdaşlarını daimi dislokasiya yerinə qaytarmalıdır.Ukrayna prezidenti böhrana son qoymaq üçün müxalifətlə razılaşma əldə etdiyini deyib.
Publika.Az BBC-yə istinadən xəbər veririr ki, dünən gecə boyunca Avropa İttifaqı ölkələrinin üç naziri müxalifət və ölkə rəhbərliyi arasında danışıqlara vasitəçilik edib.
Viktor Yanukoviç öz bəyanatında razılaşmanın tezliklə imzalanacağını söyləyib.Ancaq Fransa xarici işlər naziri bu barədə ehtiyatlı olmağı tövsiyə edib və razılaşmanın qəti olmadığını deyib. Müxalifət də Yanukoviçin iddiasını təsdiqləməyib.
Yanukoviş razılaşma barədə bəyanat verəndən saatlar sonra Kiyevin mərkəzində yeni zorakılıqlar barədə məlumatlar yayılıb.Ukrayna mediasının verdiyi xəbərə görə, qiyam polisi sessiya zamanı parlamentin içərisində nəzarət edib.
2013-cü il noyabrın 21-də Ukrayna hökuməti Rusiyanın basqılarına dözməyərək Avropa Birliyi ilə assosiasiya sazişi bağlamaqdan imtina edib. Bu imtinadan sonra paytaxt Kiyevdə davamlı etiraz aksiyaları keçirilir və zaman-zaman hüquq mühafizə qurumları ilə toqquşmalara gətirir. Ən qanlı toqquşmalar fevralın 18-də, 19-da, 20-də qeydə alınıb. Ukrayna Səhiyyə Nazirliyinin son məlumatına görə, toqquşmalarda 77 nəfər həlak olub.
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO