Dünya
Rusiya Ukraynaya növbəti maliyyə yardımı köçürməkdə qərarlıdır
"Böyük 20-lər"in maliyyə nazirləri və mərkəzi banklarının rəhbərləri Sidneydə görüşüblər. Məqsəd dünya iqtisadiyyatının iki faizdən də çox inkişafını sürətləndirmək istiqamətində müzakirə aparmaqdır.
Publika.Az-ın xarici mediaya istinadən verdiyi xəbrə görə, son razılaşmada qeyd olunur ki, növbəti beş ildə artım faizinin ikini keçməsi planlaşdırılır. Bu gün baş tutan görüşdə həmçinin yeni iş yerlərinin açılması məsələsi də müzakirə olunub.
Görüş zamanı Ukraynadakı vəziyyətə də toxunulub. Rusiyanın maliyyə naziri Anton Siluanov jurnalistlərə açıqlamasında deyib ki, Ukrayna rəhbərliyinin struktur islahatlar üçün Beynəlxalq Valyuta Fonduna kredit almaq məqsədilə müraciəti məsələsi müzakirə olunub. Siluanov onu da deyib ki, Rusiya Kiyevdə yeni hakimiyyət formalaşandan sonra da Ukraynaya növbəti maliyyə yardımı köçürməkdə qərarlıdır. “Siyasi vəziyyət dəyişdiyinə görə, biz hansı hakimiyyətlə əməkdaşlıq edəcəyimizi anlamalıyıq” – deyə nazir bildirib.
ABŞ-ın maliyyə naziri Sidneydə çıxışı zamanı elan edib ki, Vaşinqton iqtisadiyyatı bərpa etməkdə Ukraynaya yardım əlini uzatmağa hazırdır.
-
Magazin120:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
-
Hadisə19:00
Sumqayıt qatarının şüşəsini sındıranlar müəyyən olundular
-
Hadisə18:40
Füzulidə YANĞIN: tüstüdən zəhərlənən var
-
Sosial18:00
Ən çox boşanan 2 bürc: onların 40 yaşdan sonra həyatları dəyişəcək
-
Nida Xəbər 17:05
Azərbaycanda vəzifəli şəxslər cinayət başında belə yaxalandılar - VİDEO
-
Sosial16:38
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ
-
Cənubi Qafqaz16:21
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
-
Sosial15:46
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO