Dünya
Yanukoviç Ukrayna ərazisindədir - AÇIQLAMA
"Ukrayna Ali Radasının vəzifədən uzaqlaşdırdığı eks prezident Viktor Yanukoviç ölkə ərazisindədir, amma,heç kimlə əlaqə yaratmır". Bu barədə onun müşaviri Anna Herman məlumat verib.
“O Ukraynadadır. Mən bilirəm. Mənim həmişə onun harada olduğu
haqda məlumat öyrənmək üsullarım olub. Baxmayaraq ki, məni hər
zaman ona təsir etməkdən uzaqlaşdırmaq istəyirdilər”,- deyə Herman
bildirib.
Bununla belə Anna, Yanukoviçin dəqiq yerini deməkdən imtina edib.
“Onu mən axtarmıram, siz axtarırsız”,-deyə qeyd edib. Anna bildirib
ki, artıq bir neçə gündür ki, Yanukoviçlə şəxsən danışmayıb.
“Bir neçə gün əvvəl Yanukoviç Xarkovda olarkən mən ona bəyanat
göndərmişdim və oxumasını xahiş etmisdim. Amma Viktor başqa bəyanat
seçdi. Təəssüf ki, mən yanında deyildim. Mən ona orda bəzi sözləri
deməyə imkan verməzdim. Bundan sonra biz onunla danışmadıq”,- deyə
Herman vurğulayıb. /anspr
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir