Dünya
Medvedev Rusiyanın iqtisadi vəziyyətini açıqladı
“Əgər Rusiyaya qarşı xarici təzyiqlər güclənsə və neftin qiyməti uzun müddət aşağı həddə qalsa ölkədə iqtisadi vəziyyət daha da pisləşə bilər”.
Publika.az-ın məlumatına görə, bunu Rusiyanın baş naziri Dimitri Medvedev aprelin 21-də parlamentə illik hesabatında deyib. O qeyd edib ki, 2015-ci ilin birinci rübündə ölkə iqtisadiyyatında artıq 2 faiz geriləmə olub.
Medvedev deyib ki, əgər vəziyyət pisləşsə Rusiya başqa iqtisadi reallığa uyğunlaşmalı olacaq. Onun sözlərinə görə, Qərbin sanksiyalarından Rusiya iqtisadiyyatı ötən il 25 milyard avro itirib və itkilər bu il bir neçə dəfə artıq ola bilər.
Dünya Bankı aprelin 1-də bəyan edib ki, Rusiya iqtisadiyyatı bu il ağır iqtisadi tənəzzül dövrünü yaşayır və dünya bazarında neftin düşməsi və Rusiyaya qarşı beynəlxalq sanksiyalara görə ölkədə 3,8 faiz iqtisadi geriləmə var.
-
MDB23:36Arvadının keçmiş ərini beysbol dəyənəyi ilə vəhşicəsinə döydü
-
Region22:36Bayraktar Paşinyanla nüvə enerjisindən danışdı - Foto
-
Sosial21:24Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
-
MDB20:50Vahid Ələkbərov Rusiyanın ən varlı üçüncü adamı oldu
-
MDB20:40Rusiya "Starlink"in analoqunu sınaqdan keçirəcək
-
Qarabağ 20:20Nazir Xankəndidə tələbələrlə yallı getdi, tonqaldan tullandı - VİDEO
-
İnanc20:12Bu gün ikinci Qədr gecəsidir
-
Sosial19:50Daha bir tiktoker saxlanıldı

































