Yaxın Şərq
"Hizbullah"ın gizli maliyyə imperiyası - Qərb kəşfiyyatı şok rəqəmləri AÇIQLADI
Livanın "Hizbullah" hərəkatı silah alışı, döyüşçü ailələrinə dəstək və digər ehtiyaclar daxil olmaqla hər ay təxminən 50 milyon dollar vəsait xərcləyir.
Publika.az xəbər verir ki, bu barədə "Euractiv" nəşri Qərb kəşfiyyatının hesabatına istinadla məlumat yayıb.
Sənəddə hərəkatın maliyyələşmə strukturu və bu prosesə cəlb olunmuş əsas şəxslər təsvir edilir. Analitiklər iddia edirlər ki, "Hizbullah"ın cari ehtiyaclarını ödəmək üçün böyük maliyyə axını tələb olunur. Vəsaitlər yalnız təşkilat üzvlərinə ödənişlərə və silah tədarükünə deyil, həmçinin yaralanmış və ya məhv edilmiş hərbçi ailələrini dəstəkləyən sosial proqramların yaradılmasına yönəldilir. Əsas maliyyə mənbəyi İran hesab olunsa da, təşkilat həmçinin Livandakı və xaricdəki bəzi tərəfdarlarından, eləcə də yerli sponsorlardan vəsait əldə edir. Onların arasında "Al-Amana" yanacaq şirkəti və "Jood" qızıl hasilatı firmasının adları çəkilir.
Bundan əlavə, "Euractiv" livanlı iş adamı Məhəmməd Nurəddini hərəkatın əsas maliyyəçilərindən biri kimi qeyd edir. Hesabatda həmçinin Livan və Dubayda qızıl hasilatı müəssisələrini idarə edən Həsən K. adlı digər maliyyə mənbəyi də xatırlanır.
Hüseyn İbadlı
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı


















.jpg)
















