ABŞ
Qoşunlar Yaxın Şərqdən bura köçürülür: Trampın böyük planı ifşa olundu
Pentaqon Kubaya müdaxilə üçün gizli hazırlıqlara başlayıb. Lakin ABŞ-ın bu planı reallaşdırması üçün bir neçə aylıq strateji yerdəyişməyə ehtiyacı var.
Publika.az xəbər verir ki, tanınmış amerikalı politoloq Malek Dudakov NEWS.ru-ya açıqlamasında ABŞ-ın Kubaya qarşı mümkün hərbi əməliyyatlarının pərdəarxası məqamlarını açıqlayıb.
Ekspertin sözlərinə görə, ABŞ-ın hərbi resurslarının böyük hissəsi hazırda Yaxın Şərqdə cəmləşib. Kubaya hərbi müdaxilə etmək üçün Vaşinqton həmin qüvvələri yenidən Karib hövzəsinə daşımalıdır: "Pentaqonun bu cür planları onilliklərdir masadadır. Lakin hazırkı vəziyyətdə qoşunların və hərbi texnikanın geri qaytarılması ən azı bir neçə ay vaxt aparacaq. Bu səbəbdən yaxın perspektivdə real döyüşlərin başlaması inandırıcı görünmür".
Xəbərdə qeyd olunur ki, artıq Pentaqon tərəfindən xüsusi sənəd buraxılıb. Bu sənəd prezident Donald Trampın hər an verə biləcəyi "işğal" əmrinə hazırlıq məqsədi daşıyır.
Müəllif: Adəm
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi





































.jpg)
