Abidə önündə erotik rəqs edən qızlar həbs olundu - FOTO
Bizi izləyin

Dünya

Abidə önündə erotik rəqs edən qızlar həbs olundu - FOTO

Rusiyanın Novorossiysk şəhərində Böyük Vətən müharibəsi qəhramanlarının xatirəsinə ucaldılan memorial abidə önündə erotik rəqs edən qızlar həbs edilib.

Publika.az-ın məlumatına görə, Novorossiysk məhkəməsi sovet memorialı fonunda məktəbli qızların bel və baldır oynatmaları ilə müşayiət olunan rəqsini "xırda xuliqanlıq" kimi dəyərləndirib.

Həmin səhnədə iştirak etmiş qızlardan birinə 15 sutkalıq inzibati həbs, daha iki qıza 10 sutkalıq həbs, digər ikisinə isə "səhhətlərinə" görə cərimə kəsilib.

Prokurorluq rəqsin videoyazısının YouTube-da aprelin 23-də yayıldığını qeyd edib.

Qeyd edək ki, "Kiçik torpaq" adlı memorial abidə kompleksi 1943-cü ildə sovet qoşunlarının keçirdiyi desant əməliyyatı barədə xatirəni əbədiləşdirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm