Dünya
Paris Əsədin əmisinin sərvətini araşdırmağa başladı
Fransa hakimiyyəti Suriya prezidenti Bəşər Əsədin əmisi Rifat Əsədin sərvətinin mənşəyini araşdırmağa başlayıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Sky News” telekanalı bildirib.
“Sky News”in məlumatına görə, söhbət təxminən 90 milyon avrodan gedir. Bununla belə ki, Rifat Əsədin özü iddia edir ki, 1984-cü ildə Suriyadan praktik olaraq yoxsul vəziyyətdə qaçıb.
Rifat Əsəd 1983-cü ildə baş tutmayan çevriliş cəhdindən sonra Suriyadan qaçıb. O, Bəşər Əsədin atası Hafiz Əsədi devirmək istəsə də, onun cəhdi baş tutmayıb. Bu müddət ərzində Avropada yaşayıb. Suriyada münaqişə başlayandan sonra ona qarşı sanksiya tətbiq edilməyib. Rifat Əsəd Avropa Birliyi ərazisində məhdudiyyət olmadan yaşaya bilər.
Xatırladaq ki, hələ 2013-cü ilin sentyabr ayında Fransanın qeyri-hökumət təşkilatları Rifat Əsədi məhkəməyə verib.Şikayət iki təşkilat - “Fransa Beynəlxalq Şəffaflıq” (“Transparency International France”) və “Şerpa”nın (“Sherpa”) adından edilmişdi. Adları çəkilən iki təşkilat iddia edib ki, Rifat Əsədin 160 milyon avroluq sərvəti, o cümlədən Parisin 16-cı dairəsində onlarla mənzili, Val-d Uaz bölgəsində isə 45 hektar torpaq sahəsi var. Əsədin əmisi mülklərdən qanunsuz istifadədə ittiham olunurdu.
Rifat Əsədin ailəsi iddia edir ki, sərvətin mənbəyi mərhum kralı Abdullah da daxil olmaqda, Səudiyyə Ərəbistanından olan tərəfdarlarının ianələri hesabına formalaşıb. Amma “Sky News” qeyd edir ki, bu izahat kifayət qədər inandırıcı görünmür. Kanalın Suriya üzrə eksperti, Lion Universitetinin professoru Fabris Balanşa qeyd edir ki, Səudiyyə Ərəbistanı Rifata dəstək verməkdə maraqlı deyil. Ancaq Əsədin hüquqşünası təkid etməkdə davam edir ki, onun müştərisinin ailəsi əsasən mülkün satışı və Səudiyyə Ərəbistanından alınan yardımın sayəsində yaşayır. “Bu, Suriyadan gələn pul deyil”, - hüquqşünas iddia edir.
Rifat Əsəd Suriyadan qaçana kimi hökumət qoşunlarına başçılıq edib və öz qəddarlığı ilə məşhur olub.
Ömər Dağlı
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq