Türk gəmisinə hücum: kapitan öldürüldü - SON DƏQİQƏ
Bizi izləyin

Dünya

Türk gəmisinə hücum: kapitan öldürüldü - SON DƏQİQƏ

Liviya sahillərində Türkiyəyə məxsus gəmiyə hücum olub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Tuna-1“ adlı yük gəmisinə quru və havadan edilən hücum nəticəsində Türkiyə vətəndaşı olduğu deyilən üçüncü kapitan ölüb.

Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumatda hücumun Tobruk hökumətinə bağlı hərbi qüvvələr tərəfindən edildiyi bildirilib. Gəminin İspaniyadan aldığı yükü təhvil vermək üçün Tobruk limanina gedərkən, limandan təxminən 13 mil uzaqlıqda beynəlxalq sularda hücuma məruz qaldığı deyilir.

Gəmi heyətində yer alanlardan yaralananların olduğu xəbər verilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm