Dünya
Məşhur ekstremal 2286 metr hündürlükdən tullanarkən həlak olub - FOTO
ABŞ-ın ən məşhur beyscamperlərindən və qayaya dırmaşanlarından biri olan Din Potter və onun vinqsyutla (qanadlı kostyum) tullanış üzrə tərəf-müqabili Qrem Hant ABŞ-ın Yosemiti Milli Parkında uçuş həyata keçirərkən həlak olublar.
Ekstremallar Taft Point burnundan - 2286 metr hündürlükdən tullanan zaman həyatlarını itiriblər. 43 yaşlı Potter və 29 yaşlı Hantın cəsədlərini aşkar edən xilasedicilər onların paraşütlərinin açılmadığını bildiriblər.
Bəzi KİV-lər isə ekstremalların qayalardakı dar keçiddən keçən zaman həlak olduqlarını yazır.
Din Potter alpinistlər arasında Yosemiti Milli Parkında bir gündə üç sıldırım qayanı fəth edən novator kimi tanınırdı. Bundan başqa o, yüksək hündürlükdə kəndir üzərindən keçidə və paraşütlə böyük risklə müşayiət olunan tullanışına görə də məşhurluq qazanmışdı.
Dəfələrlə “National Geographic” jurnalının görkəmli ekstremalları sırasında yer alan Potter keçən il “İtlər uçan zaman” adlı filmə çəkilmişdi. Bu film ona dünya şöhrəti gətirsə də, eyni zamanda, məşhur ekstremal heyvanları müdafiə cəmiyyətlərinin tənqidinə məruz qalmışdı.
-
İKT09:00
“WhatsApp” yeni funksiya ilə hər kəsi heyrətləndirəcək
-
Avropa08:24
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
-
Sağlamlıq06:46
Birdəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər