Dünya
Nemtsovun cinayət işində yeni fiqurant ortaya çıxdı
Rusiya müxalifətçisi Boris Nemtsovun qətli haqqında çinayət işində yeni fiqur ortaya çıxıb.
Publika.az “Kommersant” nəşrinə istinadən xəbər verir ki, bu şəxs Çeçenistan Respublikasının sakini Ruslan Muxadinovdur.
İstintaqın məlumatına görə, şübhəlilərin ifadələrinə əsasən, Ruslan Muxadinov siyasətçinin aradan götürülməsi üçün onlara 25 milyon rubl (təxminən 500 min dollar) söz verib. İstintaq daha əvvəl qətlin sifarişçisini “Şimal” batalyonunun döyüşçüsü, Çeçenistanın Şelkovsk rayonu daxili işlər idarəsi rəisinin qohumu Ruslan Qeremeyev hesab edirdi.
Məlumata görə, mayor Qeremeyevin ən azından şahid kimi dindirilməsi barədə qərar verilsə də, onu tapmaq mümkün olmayıb. Bəzi məlumatlara görə, o, Birləşmiş Ərəb Əmirliklərindədir.
Hüqüq mühafizə orqanlarının əməkdaşları Çeçenistan Respublikasında Ruslan Muxadinovun evinə gedərək onun qohumlarını dindiriblər. “Kommersant”ın məlumatına görə, qohumlar müəyyən qədər istintaqa kömək ediblər. Onların verdiyi məlumata görə, Ruslan Muxadinov siyasət, spirtli içki və narkotik maddələrdən uzaq idi. Onların ailələrində peygəmbərin karikaturaları ilə bağlı mövzunun ümumiyyətlə yaxına buraxılmadığı bildirilir. Qeyd edək ki, Boris Nemtsovun məhz “Charlie Hebdo” jurnalının dərc etdiyi karikaturalara dair mövqeyinə görə qətlə yetirildiyi versiyası hazırda daha güclü səslənir.
Ancaq istintaq Ruslan Muxadinovanı dindirməyi bacarmayıb. Onun yerini müəyyən etmək hələlik mümkün olmayıb. Amma müəyyən edilib ki, o, Moskvada “Mercedes ML” markalı avtomobildən istifadə edib.
Qeyd edək ki, Nemtsov fevralın 27-də axşam saatlarında Kreml yaxınlığında, Moskva çayı körpüsünün üzərində qətlə yetirilib. Martın 8-də Moskvanın Basman rayon məhkəməsi Boris Nemtsovun qətlində şübhəli bilinən beş nəfərin həbs olunması barədə qərar çıxarıb. Zaur Dadayev və Anzor Qubaşevə cinayət işi üzrə ittiham irəli sürülüb. Cinayət işində əsas fiqur Zaur Dadayev hesab olunur. Digər üç nəfər – Qubaşevin qardaşı Şahid, Tamerlan Əskərxanov və Xamzad Baxayev hələlik şübhəli hesab olunurlar.
Ömər Dağlı
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO