Dünya
Məşhur “qanuni oğru” keçmiş məsləkdaşlarına xəbərdarlıq etdi: “Sonu pis olacaq”
Bir neçə gün əvvəl Rusiyanın Tver şəhərində tanınmış “qanuni oğru” Sergey Volkov həbs edildi. “Volçok” ləqəbilə kriminal aləmdə məşhur olan bu şəxs oğru ənənələrinə ciddi riayət etməsilə tanınır.
Tver o qədər də böyük şəhər sayılmır. “Volçok” 2013-cü ildə azadlığa çıxanadək şəhəri düz 10 il digər məşhur “qanuni oğru”, “Saşa Sever” kimi tanınan Aleksandr Severov idarə edib. Əslində “Saşa Severi” məşhurlaşdıran şanson ifaçı Mixail Kruqun ona həsr etdiyi mahnılar olub. Üstəlik, “Sever” jurnalistlərə müsahibə verməyi də xoşlayıb. Sonradan bu fakt onun əleyhinə işlədi.
Həbsxanadan azad olan “Volçok” Tverə qayıdandan sonra elan edib ki, guya “Sever” həbsdə olarkən “paqon”lularla əməkdaşlıq edib. Bu fakt sübut olmasa da, “Sever” “qanuni oğru” adından məhrum edilib.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Severov Tveri tərk edəndən sonra müxtəlif regionlarda, hətta Krımda görünüb. Ciddi cəhdlə “oğru tacını” gerini qaytarmaq istəyib. Hazırda Rusiya kriminalitetinin xaç atası sayılan “Şakro” ilə görüşmək istəyib. Lakin buna nail olmayıb.
Öz növbəsində “Şakro” tituldan məhrum olmuş keçmiş oğrulara xəbərdarlıq edib ki, addan daha istifadə etməsinlər. Bunu edənlərin sonu pis olacaq.
İlqar Atabəyli
-
Hadisə23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
İdman23:22
"Real" "Bavariya"ya qarşı - CANLI
-
Hadisə21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin119:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi