Dünya
Ukraynalı siyasətçi: "Donbasda yaşayış məntəqələrini bombalayaq!"
Ukraynalı siyasətçi Dmitri Korçinski separatçıların nəzarətində olan ölkənin şərq ərazilərini geri qaytarmaq üçün şok bir təklif verib.
Publika.az xəbər verir ki, siyasətçi Ukraynanın “112” telekanalının efirində Donbas hövzəsini bombalamağı təklif edib.
Telekanalın “Hərbi gündəlik” proqramının qonağı olan siyasətçi II Dünya Müharibəsində ABŞ-ın hərəkətlərini xatırladaraq təklifinə haqq qazandırmağa çalışıb: “Amerikalılar demokratiyada bizim üçün müəllimidir. Və hazırda yəqin ki, dünyanın ən demokratik ölkəsidir. İkinci Dünya Müharibəsi zamanı bu ölkədə demokratiyanın bütün institutları var idi. Bununla belə, ABŞ bir neçə milyon vətəndaşını xüsusi həbs düşərgələrinə deportasiya etdi. Yapon mənşəli ABŞ vətəndaşları ölkə üçün potensial təhlükə idi. ABŞ Yaponiyaya nüvə zərbələri endirdi, alman şəhərlərini bombaladı. Almaniyada evlərin 80 faizi İngiltərə və Amerika aviasiyası tərəfindən məhv edildi. Bu, bir hərbi doktrina idi: cəbhədə alman əsgərlərinin döyüş ruhuna zərbə vurmaq üçün məhz yaşayış məntəqələrini bombalamaq. Ukraynada da azadlığın səviyyəsi mümkün qədər geniş olmalıdır. Amma cəbhə zonasında - işğal edilmiş ərazilərdə Amerika üsulu ilə hərəkət etməliyik. Əgər bizim ərazilərimiz işğal ediblərsə və geri qaytara bilmiriksə, həmin əraziləri həyat üçün yararsız hala salmalıyıq”.
Dmitri Korçinski qeyd edib ki, Donbas hövzəsinin sakinləri “gücü sevirlər” və cəza metodları tətbiq ediləcəyi halda onlar Ukraynanın tərəfdarı olacaqlar: “Özümüzü Stalin və Sovet İttifaqı kimi aparanda bizi sevəcəklər. Sovet İttifaqında həbs düşərgələri, repressiyalar, həbslər və güc var idi. Onlar bunları Rusiyada da görürlər və buna görə də onu sevirlər. Daha çox mühasirə, sərtlik, güc və həbs düşərgələrindən sonra Donbasın insanları bizi sevəcək”.
Ömər Dağlı
-
Hadisə21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin119:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi