Sərdar Ortaç toy tarixini açıqladı
Bizi izləyin

Dünya

Sərdar Ortaç toy tarixini açıqladı

Sərdar Ortaç toy tarixini açıqladı

Türkiyəli müğənni Sərdar Ortaç irlandiyalı nişanlısı, model Xloe Louqhanla birgə modelyer Tolqa Çamın dəfiləsinə qatılıb.

Axşam.az xəbər verir ki, "The Billionaire Club"da baş tutan tədbirdə Xloe 3 libas sifariş edib.


Mərasim bitərkən media nümayəndələrinin suallarını cavablandıran Sərdar Ortaç toy tarixini açıqlayıb:


"Toyumuz iyunun 12-də Çırağan Sarayında olacaq. Həyatda bir dəfə evlənirəm, ona görə də hər şeyin ən yaxşı səviyyədə olmasını istəyirəm. Xloenin ailəsindən 90 nəfər toya qatılacaq".

Qeyd edək ki, cütlüyün münasibəti 2012-ci ilin may ayında başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm