Dünya
Türkiyə Suriya sərhədində 911 kilometrlik divar tikir
Türkiyədən Suriyaya İŞİD üzvlərinin və qarşı tərəfdən qeyri-qanuni qaçqın axınının qarşısının alınması üçün iki ölkənin sərhədində 3,5 metrlik divar inşa olunacaq.
Publika.az “Milliyyət” nəşrinə istinadən xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyi Suriya sərhədində təhlükəsizlik qurşağının yaradılması üçün sərhəddə yerləşən dörd vilayətin valiliyinə 20 milyon lirə ilkin ödəniş edib.
Hatay, Qaziantep, Kilis və Şanlıurfa vilayətləri təhlükəsizlik qurşağının yaradılması üçün birgə layihə hazırlayıb. Layihəyə görə, 911 kilometrlik Türkiyə-Suriya sərhədində 3,5 metr hündürlüyündə beton divarlar yerləşdiriləcək. Sərhədboyu hərəkətin asanlaşdırılması üçün divarın Türkiyə tərəfində asfalt yol çəkiləcək.
Yolun arxasında isə yüksək gərginlikli elektrik xətti çəkiləcək, həmçinin təhlükəsizlik qurşağının 24 saat ərzində izlənilməsi üçün işıqlandırma və kamera sistemi qurulacaq.
Ömər Dağlı
-
Nəqliyyat19:12
Daha bir nazirlik sürücülərə XƏBƏRDARLIQ ETDİ - YENİLƏNDİ
-
Magazin118:48
“Avtobusa minməyə pulum yox idi” - VİDEO
-
Ekopublika.az17:10
Pomidor və xiyarın qiyməti niyə əl yandırır? - ARAŞDIRMA
-
Hadisə16:40
Bakıda restoranda YANĞIN: 3 nəfər tüstüdən zəhərləndi
-
Dünya14:30
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
-
Magazin214:20
Məşhur müğənni estetik əməliyyatdan sonra tanınmaz hala düşdü - FOTO
-
İdman14:10
“Bavariya”da ara qarışıb: əfsanə müdaxilə etdi
-
Magazin113:10
Mələkxanımın yeni villasından görüntülər - VİDEO