Dünya
Terrorçuların arxasındakı neo-conlar: “Oraları Ərdoğana buraxmayaq!”
Türkiyənin “Haber7” saytının yazarı Taha Dağlı Suriya torpaqlarında Türkiyə sərhədlərinə doğru irəliləyişini davam etdirən PYD terror təşkilatının arxasındakı gücdən yazıb.
Publika.az xəbər verir ki, PYD Qərbin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı həyata keçirdiyi kampaniyanın yeni aktyoru kimi çıxış edir.
“PKK-nın Suriyadakı qolu PYD və onun silahlı qanadı YPG Kobanidə, Tel -Abyadda və Hasekedə əvvəlcə İŞİD düşməni, daha sonra isə bəziləri tərəfindən Türkiyənin başına bəla edilirlər. 2011-ci ilin martında Suriyada vətəndaş müharibəsi başlananda Əsədin o günə qədər adam yerinə qoymadığı, şəxsiyyət vəsiqəsi belə vermədiyi kürdlərə ölkənin şimal bölgələrini verdi. Kürdlər deyərkən, həmin ərazilərə PKK-nın Suriya qolu olan PYD buraxıldı”, - yazar qeyd edib.
Onun sözlərinə görə, məhz həmin vaxtdan başlayaraq, YPG öz sıralarında olmayan kürd qrupları təmizləməyə, Əsəd rejiminə müxalif olan kürd liderləri öldürməyə başladı: “İŞİD-in ortaya çıxması isə PYD-in lokal fəaliyyətini beynəlxalq müstəviyə daşıdı. İŞİD Əsəd rejimini necə qanuniləşdirdisə, PYD də Qərbin gözündə etibarlı tərəfdaşa çevrildi. Ötən il Kobani döyüşlərində almanların PYD-yə xüsusi həssaslığını görmüşdük. İndi həmin maraq amerikalılarda var. Respublikaçılar və neo-conlarda çox ciddi PYD heyranlığı mövcuddur. Bu məktəbin ideoloqlarından olan Henri Barkey ilə Mixael Rubin “Suriyada PYD-yə dəstək verək, oraları Ərdoğana buraxmayaq” şəklində yazılar yazırlar. PYD-nin silahlı qanadı YPG-ni bölgədəki ən dürüst “ordu” elan edən Rubin Obamaya birbaşa çağırış edərək “PYD-ni dəstəkləmə zamanı gəldi” deyir”.
“Sizin qəhrəman elan etdiyiniz terrorçuların və terror təşkilatların keçmişini də, bu gününü də çox yaxşı bilirik. Ona görə də sizin kitab-kitab yazdığınız yalanlara gülməklə keçirik”, - Taha Dağlı sonda yazıb.
Ömər Dağlı
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO