Ekologiya
Şamaxıda sürüşmə təhlükəsi artıb - - FOTO/VİDEO
Şamaxıda sürüşmələr dünən axşamdan etibarən yenidən
aktivləşib.
Sürüşmə ocaqlarında təkrar uçqunlar baş verərək təhlükəli vəziyyət
yaradıb. Havaların qarlı-şaxtalı keçdiyi bir vaxtda torpaq
uçqunları da səngimək bilmir. Artıq bir neçə sürüşmə nöqtəsində
təkrar uçqunlar yaşanıb. Sürüşmə hər gün evlərə doğru yaxınlaşır.
Dünən gecə yaşanan sonuncu torpaq uçqunu real təhlükədən xəbər
verir. Ev sahibi Qiyas İlyasov gecələr yaşanan uçqunun ev sakinləri
üçün qorxuya səbəb olduğunu deyir: "Bura sürüşməmişdi. Bu gecə 1
metr yarım sürüşüb".
Artıq sürüşmə nöqtəsində iri yarğanlar yaranıb. Qarın yağdığı
gündən indiyədək baş verən sürüşmə əraziləri açıq aşkar şəkildə üzə
çıxıb. Sonuncu sürüşmə nəticəsində evin yaxınlığındakı kiçik tikili
qəzalı vəziyyətə düşüb. Bu cür davam edərsə tikilinin uçma
təhlükəsi var.
Mövcud problemlə bağlı artıq Ekalogiya və Təbii sərvətlər
Nazirliyinə məlumat verilib. (ARB)
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu