Geomaqnit qasırğası artıq başladı - XƏBƏRDARLIQ
Bizi izləyin

Ekologiya

Geomaqnit qasırğası artıq başladı - XƏBƏRDARLIQ

“Bir neçə gün əvvəl proqnozlaşdırılan geomaqnit qasırğası artıq başlayıb”.

Bunu Publika.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.

Onun sözlərinə görə, Günəşdə qasırğanın sinfi G-1-ə bərabərdir. Adətən, bu şkalanın maksimum qiyməti 5-ə bərabər olur.

“Qatı indeksinin qiyməti 5-ə bərabərdir ki, bu da məhz qasırğanın olduğuna dəlalət edir. Gün ərzində qasırğa davam edəcək, sabah da gün ərzində bu effektdə olacaq. Orta en dairələrində həmin qasırğanın təsiri kifayət qədər hiss olunur. Günəş küləyinin sürəti orta səviyyəsindən çoxdur. Sadəcə vəziyyəti “yumşaldan” planetlərarası maqnit sahəsinin Z komponentinin cənub yox, şimal sahəsini göstərməsidir. Cənub istiqamətində olsaydı, qasırğa daha güclü olardı”.

E.Babayevin sözlərinə görə, hazırda Günəş səthində 42 günəş ləkəsi var, onlar 3 fəallıq qrupunda birləşiblər. 2674 nömrəli ləkə qrupu daha böyük və aktivdir. Bu o deməkdir ki, Günəş fırlandıqca, həmin ləkələr qrupu Günəşin diskinin mərkəzinə doğru yerini dəyişəcək, geoeffektiv vəziyyət alacaqlar. Bu isə o deməkdir ki, alışmadan sonra plazma atılmaları baş verərsə, onlar böyük ehtimalla yönələcək. Bu barədə danışmaq hələ tezdir. Həmin plazma küləyi Yer maqnetosferində həyəcanlaşma yaradacaq və nəticədə hətta zəif səviyyəli geomaqnit qasırğası da gözlənilir”.

Geomaqnit qasırğası zamanı xroniki xəstəliklər kəskinləşir, hava dəyişikliklərinə qarşı həssas olan insanlarda baş ağrıları, ürək ritminin pozulması, yüksək stress qeydə alınır.

Bu cür xəstələr həmin dövrdə açıq havada olmamalı, vaxtlarını daha çox evdə keçirməlidirlər. Belə havaya həssas insanlar özlərində baş ağrıları, ümümi süslük, halsızlıq, eləcə də ürək ritminin pozulmasını hiss edə bilərlər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm