Bayıldakı sürüşmənin səbəbi ilə bağlı iddialara İcra Hakimiyyətindən CAVAB - - FOTO
Bizi izləyin

Ekologiya

Bayıldakı sürüşmənin səbəbi ilə bağlı iddialara İcra Hakimiyyətindən CAVAB - - FOTO

Səbail Rayon İcra Hakimiyyəti son bir neçə gün ərzində müxtəlif Kütləvi İnformasiya Vasitələrində Bayıl yamacında yaranmış sürüşmə təhlükəsi, onun səbəbləri ilə bağlı yayımlanan xəbərlər , sürüşmə hadisəsinin yamacda aparılan tikintilər və s. ilə əlaqələndirilməsinə münasibət bildirib.

İcra Hakimiyyətindən Publika.az-a verilən məlumatda qeyd olunur ki, mütəxəssislərin apardıqları yoxlamalar nəticəsində sürüşmə təhlükəsi olan ərazidə 103 ev müəyyənləşdirilib.

“Müəyyən olunub ki, burada tikilmiş evlərin 89,9 %-i məhz 2000-ci ilə qədər olan dövrün, o cümlədən 25%-i ötən əsrin 60-70-ci illərinin tikililərdir. Son 3 il ərzində isə burada yalniz 4 mövcud tikiliyə əlavələr edilib və hər bir fakt barədə materiallar hüquq-mühafizə orqanlarına təqdim olunub və araşdırılır.

Bir neçə evi çıxmaq şərti ilə yamacda tikilən fərdi yaşayış evləri bir gecə ərzində, əsas etibarı ilə aztəminatlı insanlar və məcburi köçkünlər tərəfindən inşa olunmuş, möhkəm özülü, dayağı olmayan, birmərtəbəli qeyri-qanuni tikililərdir. Belə tikililərin isə torpağın sürüşməsinə təsiri yox dərəcəsindədir.

Sürüşmə ilə bağlı araşdırmalara cəlb olunmuş xarıcı mütəxəssislərin verdiyi ilkin rəyə görə, burada baş verən prosseslər xarici deyil, daxili textonik prosseslər olaraq, aktiv fazanın ilkin hissəsidir. Prosseslərin dərinləşməməsi üçün təkliflər paketi hazırlanaraq dövlət qurumlarına təqdim olunacaq.

Xarici mütəxəssislərin rəyi bəzi qurumların sürüşməyə səbəb kimi burada aparılan tikinti və s. xarici amillərin göstərilməsi iddialarını alt-üst edir. Ərazidə inşa olunmuş tikililərin böyük hissəsinin birmərtəbəli və yüngül konstruksiyalı olması, ən yaxın çoxmərtəbəli bina tikintisinin 5-6 km kənarda, Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi icazəsi ilə aparılması xarici amilin təsiri sualını aradan qaldırır”.

Məlumatda bildirilib ki, fərziyə irəli sürən, RİH-ni ittiham edənlər hər hansi bir araşdırma aparmayıb, mövcud vəziyyətlə maraqlanmayıb, heç bir sualla müraciət etməyərək ancaq öz təxəyyüllərinin məhsulunu işə salıblar.

Hazırda RİH-də yaradılan Qərargah üzvləri tərəfindən ərazidə aparılan araşdırmalar başa çatmaq üzrədir, yoxlamaların nəticələri ilə bağlı məsələyə hüquqi qiymət və ictimaiyyətə məlumat veriləcək, buradakı tikililərin gələcək taleyi huquqi müstəvidə həll olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm