Sürüşmə sahəsində 30 metr hasar uçub - Qərargah AÇIQLADI
Bizi izləyin

Ekologiya

Sürüşmə sahəsində 30 metr hasar uçub - Qərargah AÇIQLADI

Badamdar 20-ci sahə yolu kənarında baş verən sürüşmə zonasında saat 18:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır.

Publika.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, sürüşmə sahəsi üzərində asılı qalmış süxurların xırda hissələrinin yamaca doğru hərəkəti mütəmadi olaraq davam edir. Ərazinin üst hissəsindəki evlərin hasarlarının təxminən 30 metr hissəsi ucaraq sürüşmə kütləsi üzərinə tökülüb. Həmin hasarın digər hissəsində eni 30 sm olan aralanma baş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm