Abşeronun çirklənmiş əraziləri ilə bağlı sənəd layihəsi hazırlanır
Bizi izləyin

Ekologiya

Abşeronun çirklənmiş əraziləri ilə bağlı sənəd layihəsi hazırlanır

Abşeron yarmadasının çirklənmiş ərazilərinin qiymətləndirilməsi və inventarlaşdırlması ilə bağlı layihə hazırlanır.

Publika.az-ın məlumatlna görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparat rəhbəri Vüqar Kərimov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, çirklənmiş ərazilərin qiymətləndirilməsi İtaliya şirkəti ilə birlikdə aparılır: "Nefrlə çirklənmiş ərazilərin kadastrı hazırlanacaq. Çirklənmiş ərazilərin lay suları, kimyəvi tullantılar, yoxsa antropogen təsirlərlə bağlı olması araşdırılacaq. Hər bir ərazi üzrə təmizlənmə metodikası hazırlanır. Çirkləndirən ərazilər müəyyənləşdiriləcək".

Aparat rəhbəri qeyd edib ki, çirklənmiş ərazilərin təmizlənməsini yerli şirkət həyata keçirəcək. Şirkət sadəcə bizə təmizlənmə üsulları təqdim edəcək. 2019-cu ildə bu proses başlanacaq. Bu məsələ ya ayrı-ayrı qurumlara, ya da bir hissəsi nazirliyin bir qurumuna tapşırılacaq. Artıq beynəlxalq hava limanı və yod-brom zavodu ərazisində də çirkləndirmənin müəyyən edilməsi ilə bağlı işlərə başlanılıb. Artıq zavodda işlərin 80 faizi yekunlaşıb. 66 hektar ərazidə təmizləmə işləri aparılıb və park salınıb".

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm