Ekologiya
Günortadan sonra daha ŞİDDƏTLİ KÜLƏK OLACAQ - RƏSMİ
Bu gün günün ikinci yarısından sonra şimal-qərb küləyinin sürəti 33-38 m/ saniyəyədək qalxacaq.
Bu sözləri Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
G.Məmmədova qeyd edib ki, gün ərzində küləyin sürəti axşama doğru daha da sürətlənəcək: “Əsasən güclü külək dənizdə və havanın yuxarı qatında müşahidə edilir. Biz məlumatı yayan zaman da bildirmişdik ki, ən güclü külək dənizdə müşahidə ediləcək. Səhər saatlarından etbarən dənizdə güclü küləklə əlaqədar dalğanın hündürlüyü Günəşli yatağında 4,8 metrə çatıb. Gün ərzində küləyin zəifləməsi gözlənilmir. Külək ancaq sabah günorta saatlarına doğru nisbətən zəifləyəcək”.
Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında bu gün şimal-qərb küləyinin 18-23 m/s, arabir 28-33 m/s-dək güclənəcəyi, səhər və gündüz yarımadanın bəzi yerlərində arabir 35-38 m/s-dək şiddətlənəcəyi proqnozlaşdırılıb. Temperaturun anomal gedişi gözlənilir.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu