Ekologiya
Sabah yağış yağacaq
Bakıda və Abşeron yarımadasında aprelin 9-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin olacaq. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 13-17, Bakıda gecə 6-8, gündüz 14-16 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz olacaq.
Bölgələrdə aprelin 9-da hava əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi dağlıq və dağətəyi ərazilərdə lokal qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10, gündüz 16-21, dağlarda gecə 0-5, gündüz 7-12 dərəcə isti təşkil edəcək.
Aprelin 9-10-da Abşeron yarımadasında mövsümə uyğun mülayim hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
-
Hadisə20:00Bakıda bu ərazidə yanğın baş verdi - Yeniləndi
-
İnanc19:50Ramazan ayının iyirmi dördüncü günü: İmsak və iftar vaxtı, günün duası
-
Nida Xəbər 18:50Prezident təsdiqlədi: ictimai yerlərdə elektron siqaret çəkənlər...
-
Sosial17:20Bu avtobuslarda yeni qiymətlər müəyyənləşdi
-
Dünya16:52İlbər Ortaylı vəfat etdi
-
İdman16:02Messiyə "Barselona"da bu vəzifə veriləcək
-
Sosial13:30Əlli min müəllim ixtisar oluna bilər - HƏYƏCAN SİQNALI
-
Sağlamlıq12:59Bu gecə Yer kürəsi vurulacaq - Xəbərdarlıq edildi











.jpg)























