Ekologiya
10 milyonuncu sakinimizlə bağlı 60 mindən çox ağac əkildi
Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi ilə bağlı ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi Rayon İcra Hakimiyyətlərinin əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə respublika ərazisində ağacəkmə aksiyalarını davam etdirir.
Publika.az xəbər verir ki, bu sözləri ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev aprelin 12-də keçirilən mətbuat konfransında deyib.
"Bu günədək aksiya çərçivəsində respublika ərazisinin meşə və qeyri-meşə fondu torpaqlarında yerli şəraitə uyğun 60000-dən çox müxtəlif cinsli meyvə və həmişəyaşıl ağac əkilib.
Dövlət başçısının yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq ağac əkilməsinin təşviqi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaz ağacəkmə mövsümündə Nazirliyin əməkdaşlarının, rayon icra hakimiyyətlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə meşə və qeyri meşə fondu ərazilərində ümumilikdə 550 000-dən çox iqlimə və relyef şəraitinə uyğun müxtəlif cinsli ağac əkilib", - nazir müvini vurğulayıb.
Qeyd edək ki, əkilən ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tinglik sahələrində yetişdirilib. Ağacəkmə aksiyaları davam edir.
-
MDB14:03Ramzan Kadırova ordu generalı paqonları təqdim edildi
-
MDB13:50Rusiya Xarkovda daha bir kəndi zəbt etdi
-
MDB13:43Xəstəxanadan çıxan keçmiş iqtisadiyyat nazirinin ilk işi araq içmək oldu - FOTO
-
MDB13:25Məşhur sovet psixoterapevti vəfat etdi
-
Ekologiya13:20Bakıda betonun üstündə yaşıllıq axtarışı: Plan baş tutacaq?
-
Nida Xəbər 12:55Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi
-
Ekologiya12:47Bakıya yağış yağacaq - HAVA PROQNOZU
-
Ekologiya11:40Qrız, Xınalıq, Qusar və Şahdağa qar yağdı - FAKTİKİ HAVA








.jpg)





















.jpg)
