Elm və təhsil
Müəllimlərə yeni status: Mənzil, pensiya və digər güzəştlər...
Müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi təhsil sistemində və cəmiyyətdə geniş müzakirə olunan mühüm mözulardandır. Bir çox beynəlxalq təcrübələrdə bu addım müəllim peşəsinin nüfuzunu artırmaq, sosial təminatları gücləndirmək məqsədi daşıyır.
Belə bir mexanizmin ölkəmizdə də reallaşması müəllimlik peşəsinin statusuna necə təsir edərdi?
Publika.az bildirir ki, təhsil eksperti Elçin Əfəndi bu mövzuda Modern.az-a danışıb.
"Azərbaycanda da belə bir status verilərsə, müəllimlər dövlət qulluqçuları üçün nəzərdə tutulan bir sıra güzəşt və imtiyazlardan faydalana bilər. Məsələn, güzəştli mənzillər almaq üçün imkanlar yarana bilər.
Bundan əlavə, dövlət qulluqçusu statusu aldıqdan sonra, müəllimlər müvafiq olaraq vahid iş rejiminə keçid etməlidirlər. Yəni onlar konkret olaraq müəyyən iş saatlarını təhsil müəssisəsində keçirməlidirlər. Bu da müəllimlərin konkret və stabil iş yeri anlamı daşıyır".
Ekspertin sözlərinə görə bu status əmək pensiyasına da təsir edər.
"Müəllimlər dövlət qulluqçusu statusu alarlarsa, onların ümumi stajları, pedaqoji stajları müvafiq olaraq əmək pensiyasına erkən çıxmalarına imkan yarada bilər. Ölkəmizlə bağlı misal göstərə bilərəm ki, sertifikasiyada müsabiqədən kəsilənlər oldu. Və stajları az olduğuna görə, əmək pensiyasına daha erkən çıxa bilmədilər. Halbuki, dövlət qulluqçusu olduğu zaman onların pedaqoji stajı nəzərə alınmaqla daha erkən əmək pensiyasına çıxmalarına imkan yarana bilər. Yəni bu status bir çox müsbət dəyişikliklər gətirə bilər".
Dünyada bir sıra ölkələr var ki, müəllimlər rəsmi imtahanlardan keçərək işə qəbul olunurlar və birbaşa dövlət aparatının işçisi sayılırlar. Bu ölkələrə Fransa, Almaniya, Türkiyə, İspaniya, İtaliya, Yunanıstan, Portuqaliya və Yaponiya aiddir. Bu ölkələrdə həmin status onlara yüksək maaş, vergi güzəştləri və stabil iş təminatı verir.
Formal olaraq bu statusa sahib olmayan, ancaq eyni təminat və güzəştlərə sahib ölkələr də var. Bu ölkələrə isə Cənubi Koreya, Finlandiya və Estoniya daxildir. Həmin ölkələrdə müəllimlər "klassik dövlət qulluqçusu" olmasalar da, dövlət qulluqçularının malik olduğu bütün sosial, maddi və hüquqi təminatlara bərabər imtiyazlardan tam yararlanırlar.
Böyük Britaniya, İsveç, Danimarka, Norveç və Niderland kimi ölkələrdə isə müəllimlər dövlət qulluqçusu sayılmırlar. Onlar dövlət sektorunda və ya yerli bələdiyyələrdə əmək müqaviləsi əsasında çalışan işçilərdir.
-
Ekologiya18:10Oktyabrın ilk günlərində leysan olacaq - Xəbərdarlıq
-
Nida Xəbər 16:22Bu şəxslər dövlət qulluğunda vəzifə tuta bilməyəcək
-
Yaxın Şərq13:20Qan içində olan sərnişin: “Qaçırılan” təyyarədən ilk FOTO yayıldı
-
Nida Xəbər 12:33Azərbaycan və İordaniya arasında viza rejimi aradan qaldırılır
-
Nida Xəbər 12:18Deputat ailələr üçün tələb irəli sürdü: Mənzil, bağça, təhsil və...
-
Yaxın Şərq11:06Dubaydan Təl-Əvivə uçan təyyarə qaçırıldı - Göyərtədə 100-dən çox İsrail vətəndaşı var
-
Yaxın Şərq10:18Qüds ermənisi haray çəkdi: Biz tualet deyilik, dayanın
-
Rəsmi xronika09:40İlham Əliyev sərgi iştirakçılarına müraciət ünvanladı
















.jpg)













.jpg)







