Qoroskop
Baba Vanqadan 4 bürclə bağlı diqqətçəkən proqnoz: 2027-də həyatları dəyişə bilər
Baba Vanqaya aid edilən 2027-ci il proqnozlarında dörd bürclə bağlı diqqətçəkən iddialar yer alıb.
Publika.az xəbər verir ki, həmin bürclər üçün mühüm dəyişikliklərin, çətin qərarların və yeni başlanğıcların gündəmə gələcəyi bildirilir.
Sözügedən bürcləri təqdim edirik:
Qoç bürclərini xüsusilə iş və maliyyə sahəsində dəyişikliklər gözləyə bilər. Gözlənilməz inkişaflarla yanaşı, karyera ilə bağlı yeni qərarlar, köçmək və ya həyat tərzini dəyişmək kimi mühüm addımlar gündəmə gələ bilər. İlk mərhələdə çətin görünən dəyişikliklərin sonradan yeni imkanlar yaradacağı proqnozlaşdırılır.
Xərçəng bürcləri üçün isə 2027-ci ildə ailə, münasibətlər və şəxsi həyat ön plana çıxacaq. Uzun müddətdir təxirə salınan qərarların yenidən gündəmə gələcəyi, bəzi qeyri-müəyyən məsələlərin aydınlaşacağı bildirilir. Bəzi xərçənglərin artıq davam etdirilməsi mümkün olmayan vəziyyətləri geridə qoyaraq yeni mərhələyə keçəcəyi irəli sürülür.
Qız bürcləri üçün 2027-ci il keçmişdən qalan problemlərin həlli baxımından mühüm ola bilər. Uzun müddətdir yığılıb qalan məsuliyyət və yorucu məsələlərin geridə qalacağı, bəzi plan və hədəflərin yenidən nəzərdən keçiriləcəyi qeyd olunur. Çətinlik kimi görünən dəyişikliklərin zamanla yeni imkanlara çevrilə biləcəyi iddia edilir.
Oğlaq bürclərində isə əsas diqqət karyera və uzunmüddətli hədəflərə yönələcək. Qarşıya çıxan maneələrə baxmayaraq səbir və qətiyyətin vacib olacağı, uzun müddətdir üzərində işlənilən layihələr və təxirə salınmış planlarla bağlı yeni imkanların yaranacağı bildirilir. Göstərilən səylərin karyera və şəxsi hədəflər baxımından mühüm nəticələr verə biləcəyi vurğulanır.
Müəllif: Roza
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR






































