Ekologiya
Qanunsuz balıq ovlayanlara SƏRT XƏBƏRDARLIQ
Balıq ovu ilə məşğul olan şəxslər qadağan olunmuş ov vasitələrindən istifadəyə son qoymalı, balıq ehtiyatlarının məhvinə şərait yaradan hərəkətlərdən çəkinməlidirlər.
Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.
O qeyd edib ki, brakonyerliyin qarşısını almaq məqsədilə Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirliklərinin əməkdaşları tərəfindən respublikanın daxili su hövzələrində, Kür və Araz çaylarında son aylar keçirilən birgə reydlər zamanı brakonyerlərdən qadağan olunmuş ov alətləri və müxtəlif növ balıqlar götürülüb.
“Qanun pozucuları barəsində 8607 manat məbləğində cərimə tətbiq olunub, 4 iş üzrə hüquq-mühafizə orqanlarında cinayət işi açılıb. Qadağan olunmuş ov alətlərindən olan sintetik tordan, qarmaqbatırma alətindən, elektrik aparatından, kimyəvi və partlayıcı maddələrdən istifadə etməklə qəddarcasına balıq ovuna, təəssüf ki, hələ də rast gəlinir. Bir daha balıq ovu ilə məşğul olan şəxslərə bildiririk ki, qadağan olunmuş ov alətlərindən istifadəyə son qoysunlar, brakonyerlikdən çəkinsinlər.
Ümid edirik ki, brakonyerlər görülən inzibati cəza tədbirlərindən, təbiətsevərlərin, konstruktiv mövqedə dayanan sağlam düşüncəli ictimaiyyət nümayəndələrinin qınağından nəticə çıxaracaqlar”.
Nazirlik rəsmisi bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşlardan, ictimaiyyət nümayəndələrindən brakonyerlik halları ilə rastlaşdıqda dərhal nazirliyin 168 nömrəli “Qaynar xətt”inə məlumat vermələrini xahiş edir.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu