Ekologiya
Qafqazda suyu ən az olan ölkə Azərbaycandır - VİDEO
Qafqazda suyu ən az olan ölkə Azərbaycandır.
Xəzər Xəbər-in məlumatına görə, bunu Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov deyib.
O bildirib ki, su təhlükəsizliyi məsələsi qlobal miqyasda başlıca problemlərdən biridir.
Ramiz Məmmədovun sözlərinə görə, Azərbaycan hökuməti su ehtiyatlarının artırılması ilə bağlı ardıcıl tədbirlər görür.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin şöbə müdiri Erkin Rüstəmov da bildirir ki, qurum tərəfindən son 10 ildə icra olunmuş layihələr çərçivəsində Bakı şəhəri və regionlarda ümumi məhsuldarlığı saniyədə 18,5 kubmetr olan 39 yeni su mənbəyi yaradılıb. Onun sözlərinə görə, son illərdə müşahidə olunan iqlim dəyişmələri su mənbələrinin məhsuldarlığına təsir edir və bəzi şəhərləri içməli su ilə təmin edən mənbələrdən götürülən suyun həcmində azalma müşahidə olunur. "Azərsu" tərəfindən yeni su mənbələrinin yaradılması istiqamətində işlər davam etdirilir.
Hazırda əhaliyə verilən içməli su keyfiyyət standartlarına tam uyğundur. Mənbələrdən başlayaraq son istehlakçıya qədər onun keyfiyyəti daim nəzarətdə saxlanılır. Su mənbələrindən götürülən suyun keyfiyyətini daim nəzarətdə saxlamaq üçün Bakı şəhərində laboratoriya, eləcə də 9 regional labortaoriya yaradılıb.
-
Qoroskop20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin119:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO