Hirkan Milli Parkındakı yanğının ətrafa yayılmasının qarşısı alındı - - FOTO
Bizi izləyin

Ekologiya

Hirkan Milli Parkındakı yanğının ətrafa yayılmasının qarşısı alındı - - FOTO

Hirkan Milli Parkının yüksək dağlıq ərazisində baş vermiş yanğının söndürülməsi üçün əraziyə FHN-nin aviasiya dəstəsinin iki helikopteri və bir təyyarəsi də cəlb olunub.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, yanğının ətrafa yayılmasının qarşısı alınıb. Lakin mürəkkəb relyefli dağlıq ərazinin bəzi yüksək hissələrində tüstülənmə müşahidə olunur.

Yanğının söndürülməsində Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları, yerli sakinlər əl əməyindən, mümkün olan bütün vasitələrdən istifadə etməklə xüsusi fədakarlıq göstərirlər. Hazırda tüstülənən sahələrin tam söndürülməsi istiqamətində işlər aparılır.

ETSN yanğının söndürülməsində yaxından iştirak edən hər kəsə təşəkkür edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm