Ekologiya
Azərbaycanda küləyin sürəti 28 metrə çatdı - FAKTİKİ HAVA
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hazırda respublika ərazisində müşahidə olunan və gözlənilən küləkli hava şəraiti ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə oktyabrın 7-si şimal-qərbdən hərəkət edən soyuq atmosfer cəbhəsinin ölkə ərazisinə daxil olması nəticəsində şimal-qərb küləyi əsib və bir sıra rayonlarda güclənib. Küləyin maksimal sürəti Tovuz, Naftalanda 28, Tərtərdə 26, Bərdədə 25, Balakəndə 24, Ağstafa, Ağdamda 22, Gəncədə 20, Mingəçevir, Gədəbəy, Şəkidə 18, Şabranda 16 m/s-yə çatıb.
Bakıda və Abşeron yarımadasında saat 12:00-a olan məlumata görə küləyin maksimal sürəti 16-22 m/s təşkil edir, dalğanın hündürlüyü 3 metrədək yüksəlib.
Oktyabrın 7-də gün ərzində küləyin maksimal sürətinin 25-30 m/s, bəzi yerlərdə isə 33-35 m/s-dək güclənəcəyi gözlənilir. Gecə saatlarında küləyin sürəti 15-20 m/s, arabir 23 m/s olacaq, səhər isə mülayimləşəcək.
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO