Qusarda ağac kəsənlərin başı dərddə - İşə nazirlik QARIŞDI
Bizi izləyin

Ekologiya

Qusarda ağac kəsənlərin başı dərddə - İşə nazirlik QARIŞDI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Qusar rayonu Qalacıq kəndində meşəlik ərazidə ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət araşdırılıb.

Publika.az xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

O qeyd edib ki, sözügedən əraziyə keçirilən baxış zamanı ərazinin meşə fondu torpağı deyil, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olduğu məlum olub: "Təqsirkarın müəyyən olunması və barəsində qanunamüvafiq tədbirin görülməsi üçün Qusar rayon Polis İdarəsinə müraciət olunub".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm