İsmayıllıya dolu və qar yağdı, Lahıca gedən yolu bağlandı - FOTO
Bizi izləyin

Ekologiya

İsmayıllıya dolu və qar yağdı, Lahıca gedən yolu bağlandı - FOTO

Bu gün axşam saatlarında İsmayıllı rayon ərazisinə yağmaya başlayan yağış sonradan qar və güclü dolu ilə müşahidə olunub.

Publika.az xəbər verir ki, dolu səbəbindən İsmayıllı-Qəbələ yolunda avtomobillərin hərəkətində çətinliklər yaranıb. Bir sıra kəndlərdə elektrik enerjisinin verilişi dayandırılıb. Dağlardan axan qaya parçaları və torpaq qatı İsmayıllıdan Lahıca gedən yolu bağlayıb.

Hazırda rayonun kəndlərində yağmurlu hava şəraiti davam edir. Yol idarəsinin texnikası və canlı qüvvəsi əraziyə cəlb edilərək Muğanlı-İsmayıllı-Qəbələ yolunda hərəkətin bərpası üçün tədbirlər görür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm