Ekologiya
Xəzərdə 106 nərə balığı ovlayanlar HƏBS EDİLDİ
Bir qrup şəxsin qanunsuz balıq ovlaması barədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən daxil olmuş məlumat əsasında Baş Prokurorluğun İstintaq idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, istintaqla müəyyən edilib ki, Elmar Babayevin təşkilatçılığı və rəhbərliyi ilə Bəhruz Mirzəyev, Raqib Əhmədov, Xəyal Bəxtiyarov və Qismət Mürşüdov nərə cinsli balıqların qanunsuz ovlanması məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qeydiyyatsız və bort nömrəsiz, «Bayda» tipli üzmə vasitəsi ilə 2021-ci il iyunun 15-dən 19-dək olan müddətdə Xəzər dənizindən qanunsuz olaraq 620 kq çəkidə 106 ədəd nərə cinsli balıq tutmaqla ümumilikdə təbiətə 21 min 200 manat, yəni külli miqdarda ziyan vurublar.
Qeyd edilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3 (qoruqların ərazisində və ya fövqəladə yaxud təhlükəli ekoloji vəziyyət zonasında balıq və digər su bioresurslarının qanunsuz tutulması) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.
-
İdman06:46Keçmiş “Bars”a rəsmisindən “Real”a atmaca - “Dəli olurlar, biz isə zövq alırıq”
-
Magazin106:16"Onu itirmək həyatımdakı ən ağır sınaq olub" - Nəsrin Cavadzadə
-
Pul04:44“Qara cümə” öncəsi fırıldaqçıların hiylələri üzə çıxdı
-
Avropa02:42Rusiya Odessanı vurdu - Ölənlər və xəsarət alanlar var
-
Magazin201:11Türkiyədə yeni HƏBS DALĞASI - Özcan Dəniz, Deniz Çakır və Burcu Özberk saxlanıldı
-
Qoroskop00:15Günün ulduz falı - Keçmişdə qalmış xatirə yenidən canlana bilər
-
Art00:00Əməkdar artist çayla əsərlər yaradırmış -
-
Sosial24 Noyabr 23:15Leyla Əliyeva qızı ilə Nəbatat bağında - FOTO













.png)






















