Ekologiya
İngiltərədən QORXUNC AÇIQLAMA: Bir milyard insan ölə bilər - FOTO
Böyük Britaniya Meteorologiya Agentliyinin (MET Office) qiymətləndirməsinə görə, temperaturun 2 dərəcə yüksəlməsi bir milyard insanı risk altına salacaq.
Publika.az xəbər verir ki, qurumdan verilən açıqlamada bu riskin həyat itkisini də əhatə edə biləcəyi vurğulanıb.
Dərc edilən xəritədə sözügedən ssenaridə Afrika qitəsinin mərkəzi, Cənubi Amerika, Avstraliyanın şimalı və Tayland, Vyetnam və Malayziya kimi ölkələrin də risk altında olacağı proqnozlaşdırılır. Digər tərəfdən, araşdırmada 4 dərəcə artımının dünya əhalisinin yarısını risk altında qoyduğu ifadə edilib.

"Exeter" Universiteti və Böyük Britaniya Meteorologiya Agentliyinin üzvü professor Riçard Betts qlobal istiləşməni 2 dərəcədən aşağı saxlamağın vacibliyini vurğulayıb: "Bu yeni birləşmiş təhlil qlobal istiləşmənin 2 dərəcədən aşağı məhdudlaşdırılmasının aktuallığını göstərir. Temperatur səviyyəsi nə qədər yüksək olarsa, insanların həyatı üçün risklər də bir o qədər ciddi və geniş olar. Lakin indi hərəkətə keçsək, bu yüksək risklərdən qaçmaq mümkün ola bilər".

-
İqtisadi gündəm17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO



























.jpg)
.jpg)










