Xəzərdəki suitilər niyə kütləvi şəkildə ölür?- ŞOK SƏBƏBLƏR
Bizi izləyin

Ekologiya

Xəzərdəki suitilər niyə kütləvi şəkildə ölür?- ŞOK SƏBƏBLƏR

Rusiya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Xəzər dənizinin Dağıstan sahillərində 2 500-ə yaxın suiti cəsədi tapılıb. Suitilər Sulak və Şurinka çaylarının mənsəbləri arasındakı ərazidə aşkar edilib. Hazırda ölən heyvanların sayının hesablanması davam edir.

Maraqlıdır, bu qədər suitinin kütləvi şəkildə ölməsinə səbəb nədir?

Mövzu ilə bağlı ekoloq Çingiz İsmayılov Publika.az-a açıqlamasında bildirdi ki, Xəzərdə suitilərin kütləvi formada tələf olmasının bir neçə səbəbi ola bilər:

“Tam dəqiqləşdirmək üçün leşlərin üzərində analiz aparılmalıdır. Bundan sonra səbəblər aydın olacaq. Amma əsas səbəbləri üçlük formasında sıralaya birlərik. Bunlardan birincisi çirkab sularıdır. Heyvanlar suya atılan plastik, çirkli maddələrin təsirindən ölürlər.

İkincisi isə, yataqlarda seysmik kəşfiyyat işləri aparılan zaman dərin qatlarda partlayışlar olur. Onun radiusu partlayıcı maddənin təsirindən asılı olaraq 3-5 kilometrə çatdıqda, bütün canlılar məhv olur.

Üçüncü səbəb isə, suitilərdə yayılan çuma xəstəliyidir. Çuma yoluxucudur və onların tələf olmasına səbəb ola bilər. Qeyd etdiyim kimi, əsas səbəb analizlərin nəticələrindən sonra bəlli olacaq”

Aydan Beydullayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm