Qlobal istiləşmənin fəsadı: Flaminqolar köç etmədi
Bizi izləyin

Ekologiya

Qlobal istiləşmənin fəsadı: Flaminqolar köç etmədi

Qlobal istiləşmə ilə əlaqədar mülayim qış mövsümü quşların köç dövrünə də təsir edib.

Publika.az xəbər verir ki, hər il yaz aylarında İranın Urmiya gölündən Van gölü hövzəsinə gələn minlərlə flaminqo geri qayıtmayıb. Hələ də Gevaşın Göründü ərazisində yaşayırlar. Bölgədə 180-ə yaxın flaminqo aşkar edən qruplar ovçulardan bu ərazilərə girməmələrini istəyib. Onlar əhaliyə quşları narahat etməmələri barədə xəbərdarlıq ediblər.

Van YYÜ Vəhşi Heyvanları Qoruma və Reabilitasiya Mərkəzi Müdiri Prof. Dr. Lokman Aslan bildirib ki, qırmızı durna adlandırılan flaminqolar hər il aprel ayında bölgəyə gəlib, noyabrda köç edirlər. Lakin son illərdəki iqlim şəraitinə görə geri qayıtmayıblar:

"Buranın qida ehtiyaclarını ödəyən qızıl durnalar mövsüm münasib olsa da, son illər köç etməyiblər. Urmiya gölünün son illərdə iqlim dəyişikliyi ilə əlaqədar quruması flaminqoların çoxalma yerlərini də təhlükə altına alıb. Orada çoxala bilməyənlər nəsillərini davam etdirmək üçün axtarış aparacaqlar. Əgər iqlim buna uyğun olsa, gələcəkdə onların burada çoxaldığını görə biləcəyik”.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm