Ekologiya
Folklend adalarındakı pinqvinlərdə virus aşkarlandı
Antarktika Tədqiqatları Elmi Komitəsi (SCAR) Antarktida yaxınlığındakı Folklend (Malvinas) adalarında yaşayan “Gentoo” tipli pinqvinlərdə ilk dəfə olaraq quş qripinin (H5N1) aşkar edildiyini açıqlayıb.
Publika.az xəbər verir ki, yanvarın 19-da Folklend adalarında 35 pinqvin ölü tapıldıqdan sonra tədqiqatçılar ölüm səbəbi ilə bağlı araşdırmalara başlayıblar. Araşdırmalar zamanı SCAR-ın baytar həkimi Ralph Vanstreels ölən pinqvinlərdən ikisindən alınan nümunələrin H5N1 pozitiv olduğunu və H5N1 virusunun ilk dəfə Folklend adalarında yaşayan "gentoo" pinqvinlərində görüldüyünü diqqətə çatdırıb.
Quş qripi virusu səbəbiylə daha çox pinqvinlərin öldüyünü qeyd edən Folklend adaları səlahiyyətlilərindən Salli Heatman 30 Yanvar tarixinə 200-dən çox ölü və ya ölməkdə olan pinqvin balalarının olduğunu bildirib.
Tədqiqatçılar Folklend adalarından Antarktidaya səyahət edən pinqvinlərin virusu Antarktidanın nəhəng pinqvin koloniyaları arasında yaya biləcəyindən narahatdırlar.
Aysel Şahmar
-
Dünya12:35Görün Tramp Tokayevə nə hədiyyə göndərdi - FOTO
-
İdman11:42Ulduz futbolçunun yeni sevgilisi kimdir? - FOTOLAR
-
Sosial11:36Azərbaycanda siqaret bu qədər bahalaşacaq: Yanvarın 1-dən
-
Sosial11:24Milli Məclis İlham Əliyevi təbrik etdi
-
Hadisə11:00Hərəkətdə olan maşından yük düşdü, təhlükəli vəziyyət yaratdı - VİDEO
-
Sosial10:12200 manatlıq sosial yardım belə ödəniləcək
-
Nida Xəbər 09:48Hacı Mazanın polkovnik oğlu işdən çıxarıldı
-
Hadisə09:12Xəzər dənizində güclü zəlzələ oldu







.jpg)




















