Ekologiya
Ozon təbəqəsi ilə bağlı müjdə: Dünya xilas olacaq?
Ümumdünya Meteorologiya Təşkilatı (WMO) ozon təbəqəsinin uzunmüddətli bərpa yoluna keçdiyini bildirib.
Publika.az xəbər verir ki, təşkilat hər il sentyabrın 16-da qeyd olunan “Beynəlxalq Ozon qatının mühafizəsi günü” münasibətilə ozon təbəqəsinin vəziyyəti ilə bağlı hesabat dərc edib.
Hesabatda aparılan mövcud siyasət nəticəsində ozon təbəqəsinin bərpa olunmağa başladığı bildirilib.

Xlor və brom kimi bəzi maddələrin ozon təbəqəsini məhv edərək zərər verdiyi bildirilən hesabatda bu maddələrin istifadəsinin aradan qaldırılmasının iqlimə faydaları qeyd edilib.
Vurğulanıb ki, mövcud tendensiya davam etdirilərsə, ozon təbəqəsinin 2066-cı ilə qədər Antarktidada, 2045-ci ilə qədər Arktikada və 2040-cı ilə qədər dünyanın qalan hissəsində dəliyin ortaya çıxdığı 1980-ci ildən əvvəlki hala qayıdacağı gözlənilir.
Həmçinin qeyd olunub ki, BMT-nin Ətraf Mühit Proqramı (UNEP) və WMO tərəfindən dəstəklənən 2022-ci ildəki elmi qiymətləndirməyə əsasən, Antarktidadakı ozon dəliyi 2000-ci ildən başlayaraq tədricən sahədə və dərinlikdə yaxşılaşıb.
Roza Şəfiyeva
-
Sosial15 May 23:35Azərbaycanda pensiyalarla bağlı yenilik
-
Sosial15 May 22:04Bu qadağanı pozanları həm inzibati, həm də cinayət məsuliyyəti gözləyir - Xəbərdarlıq
-
Sosial15 May 20:48Bakıda yeni park salınır: 49,5 milyon manata başa gələcək - Bəzi tikililər söküləcək
-
İnanc15 May 20:12Bayram namazının vaxtı açıqlandı
-
Nəqliyyat15 May 18:20Bu yolda çökmə oldu: sürücülərin nəzərinə!
-
Sosial15 May 17:52Yer kürəsində dalğalanma başladı: Təhlükəli saatlarla bağlı xəbərdarlıq edildi
-
Sosial15 May 16:26Əsgəran Silah Muzeyi yaradılır
-
Rəsmi xronika15 May 15:52İlham Əliyev Qazaxıstanda təməlqoyma mərasimində iştirak etdi












.jpg)
.jpg)
.jpg)
.webp)
















.jpg)



