Ekologiya
Ekspedisiyadan həyəcan təbili: Xəzərin dibi üzə çıxır - Foto
Xəzər sahillərində su geri çəkilməyə davam edir.
Publika.az xəbər verir ki, bunu aprel ayında başa çatan Rusiyanın "Yeni Delta 2026" kompleks dəniz elmi-coğrafi ekspedisiyası təsdiqləyib.
Ekspedisiyada Xəzər donanmasının Hidroqrafiya Xidmətinin gəmilərində Rusiya Elmlər Akademiyasının P.P. Şirşov adına Okeanologiya İnstitutunun və Həştərxan Biosfer Qoruğunun alimləri iştirak ediblər. Tədqiqatlar Volqa-Xəzər dəniz gəmiçilik kanalının akvatoriyasında və Xəzərin şimal hissəsində aparılıb.
Araşdırmalar dənizin sahil xəttində baş verən dəyişikliklərlə bağlı operativ məlumatların əldə edilməsinə imkan verib. Alimlərin gəldiyi qənaətə görə, Xəzər dənizində mövcud olan və yeni formalaşan adalar böyüməyə davam edir. Çistaya Banka adasının sahəsi 2019-cu illə müqayisədə iki dəfə artıb.
Tbilisi dayazlığının yerində yaranmış ada isə ötən illə müqayisədə üç dəfə genişlənib.
Ekspedisiyanın iştirakçıları Şimali Xəzərdə axının sürəti və istiqamətinin ölçülməsi üzrə hidrofiziki işlər aparıb, laborator şəraitdə hidrokimyəvi göstəricilərin müəyyənləşdirilməsi üçün nümunələr götürüblər.
"Hazırda bir məsələ aydındır - dənizin səviyyəsi enməkdə davam edir", - deyə ekspedisiyanın rəhbəri, Okeanologiya İnstitutunun Xəzər filialının kiçik elmi işçisi İvan Yermakov bildirib. (Trend)
-
Ekopublika.az05:45Bakıda kirayə ev tutan ailələrə xəbərdarlıq
-
Qoroskop01:20Günün ulduz falı: gözlənilməz uğur əldə edəcəksiniz
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az16 Sentyabr 18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika16 Sentyabr 17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO











.jpg)




.webp)
















.jpg)
