Ekologiya
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə müraciət edildi
Aqrar Sığorta Fondu vəhşi heyvan hücumları ilə bağlı fermerlərə müraciət edib.
Bu barədə Publika.az-a qurumdan məlumat verilib.
Bildirilib ki, son günlər respublikanın müxtəlif bölgələrində vəhşi heyvanların kəndlərə və təsərrüfatlara hücumlarının artması müşahidə edilir. Ayrı-ayrı rayonlarda vəhşi heyvanlar (canavar və s.) təsərrüfatlara hücum edərək heyvanları tələf edir və ya onlara ağır xəsarətlər yetirirlər. Hər il təkrarlanan və daha çox qış-yaz aylarında baş verən belə hallar vətəndaşlara, o cümlədən fermerlərə ciddi maddi ziyan vurur.
"Aqrar Sığorta Fondu (ASF) fermer və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi təsərrüfatları belə risklərdən qorumağa imkan verir. Belə ki, bu mexanizm vasitəsilə bitkiçilik və balıqçılıqla yanaşı, heyvandarlıq təsərrüfatlarını da sığortalamaq mümkündür.
Aqrar sığorta kənd təsərrüfatı heyvanlarını müxtəlif risklərdən, o cümlədən təbiət hadisələri, yoluxucu xəstəliklər, ilan və həşərat sancması, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri və digər hallardan sığortalayır.
Sığorta haqqının 50%-nin dövlət tərəfindən qarşılanması nəticəsində fermerlər cüzi məbləğ ödəməklə təsərrüfatlarını sığorta edə bilərlər. Məsələn, 300 manatlıq xırdabuynuzlu heyvanın (qoyun və ya keçi) illik sığortalanması fermerə cəmi 7-11 manata, 1 000 manatlıq mal-qaranın sığortalanması isə cəmi 24-39 manata başa gəlir. Bu məbləğlər heyvandarlıq təsərrüfatlarının ümumi xərcləri daxilində çox kiçik yer tutur və fermerlər üçün ciddi maliyyə yükü yaratmır.
Təsərrüfatlarını sığortalayan fermerlər artıq aqrar sığortanın faydalarını görməkdədirlər. Fəaliyyətə başladığı dövrdən indiyədək Aqrar Sığorta Fondu tərəfindən heyvandarlıq sığortası üzrə ümumilikdə 3.5 milyon manat zərər ödənişi həyata keçirilib və bu rəqəm hər gün artmaqdadır. Təkcə bu ilin ilk dörd ayında zərər görmüş heyvandarlıq təsərrüfatlarına 230 min manat kompensasiya ödənilib.
ASF fermerləri dövlətin yaratdığı bu imkandan yararlanmağa, heyvanlarını çoxsaylı risklərdən qorumaq üçün sərfəli şərtlərlə sığortalamağa çağırır", - məlumatda qeyd edilib.
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi

















.jpg)


















